24 Sentyabr 2014 12:10
884
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyi Aran Regional Mərkəzinin əməkdaşları tərəfindən Kürdəmir rayon Karrar kənd tam orta məktəbinin müəllim və şagird heyətinin iştirakı ilə “Fövqəladə hallar zamanı nə etməli?”, “Baş verə biləcək fövqəladə hadisələrin qarşısının vaxtında alınması” mövzusunda növbəti maarifləndirici tədbir keçirib.

Teleqraf.com xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd insanların baş verə biləcək fövqəladə hallara hazır olması, fövqəladə hallar zamanı davranış qaydalarına əməl etmə vərdişlərinin təkmilləşdirilməsi olub.

Məktəbin kollektivinə tədbirin məqsədi və əhəmiyyəti, Mərkəzin fəaliyyəti, maddi texniki bazası haqqında ətraflı məlumatlar verilib.

Sonra “Fövqəladə hallarda ümumi davranış qaydaları”, “Baş verə biləcək fövqəladə hadisələrin qarşısının vaxtında alınması” və “112” zəng xidmətinə müraciət qaydası, edilən anonim və qeyri ciddi zənglərin qarşısının alınması” mövzularında məruzələr dinlənilib. Fövqəladə Hallar Nazirliyinin Akademiyası haqqında da yuxarı sinif şagirdlərinə ətraflı məlumatlar verilib.

Sonda Fövqəladə Hallar Nazirliyinin strukturu və fəaliyyət istiqamətləri haqqında yeni formatda video-çarx nümayiş olunub.

İlhamə


Müəllif:

Oxşar xəbərlər