28 Yanvar 2020 15:59
841
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanı çalxalayan və Çində meydana gələn koronovirus qurbanlarının sayı durmadan artır.

Teleqraf.com xəbər verir ki, çinlilər insanların virusdan qorunmaq üçün istifadə etdiyi maskanı da fürsətə çeviriblər.

Çinin Amazonu hesab edilən “Alibaba” onlayn alış-veriş saytında koronovirusdan qorunmaq üçün saxta, keyfiyyətsiz və istifadə müddəti bitmiş maskalar satan satıcılar aşkarlanıb.

“Alibaba” şirkətinin açıqlamasına görə, ümumilikdə, 7 firma virusdan sui-istifadə edərək müştərilərə keyfiyyətsiz maskalar satıb. Şirkət satıcılara qarşı sanksiyalar tətbiq ediləcəyini bildirib. Məhsullar saytdan çıxarılıb.

Prosesdə aşağıda adı çəkilən şirkətlər də iştirak edib. Bu şirkətlərdən maska ​​almısınızsa, istifadə etməməyiniz tövsiyə olunur. Yaxşı olar ki, belə maskaları apteklərdən əldə edəsinir.

•Haze Protection Center (qiymətləri artırıb)

•3M Quality Living Center (saxta maskalar satmaq)

•Bopu Medical Sales Co., Ltd

•Ziying Home Store (istifadə müddəti bitmiş maskalar satılır)

•Heyhc Flagship Store (keyfiyyətsiz maskalar taxır)

•Bosi Medical Device Specialty Store

•Brother Labor Insurance Chain


Müəllif: Aysel Azad

Oxşar xəbərlər