30 Yanvar 2020 00:43
567
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda “Saipa” markalı avtomobillərlə avtoxuliqanlıq edib çəkdikləri videonu sosial şəbəkədə yayan sürücülər həbs edilib.

Videogörüntülər Avtosfer.az saytında dərc edildikdən sonra Bakı şəhər Dövlət Yol Polisi idarəsinin əməkdaşları həmin sürücülərin saxlanılması ilə bağlı tədbir keçirib. Sürücülər saxlanıldıqdan sonra barələrində protokol tərtib edilərək Səbail Rayon Məhkəməsinə aparılıb.

Məhkəmə tərəfindən 1998-ci il təvəllüdlü Vəliyev Fərhad Fikrət oğlu və 1999-cu il təvəllüdlü İsmayılov Rəvan Ceyhun oğlu 15 gün həbs cəzasına məhkum edilib.

Dövlət Yol Polisi İdarəsinin əməkdaşları sosial şəbəkədə yayılan bu cür neqativ videoları yayan sürücülərə ciddi nəzarət edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər