24 Sentyabr 2014 12:59
1 049
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə sentyabrın 25-də Rusiyaya səfərə gedəcək.

QMİ-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, səfər Moskva və bütün Rusiyanın Patriarxı Kirillin dəvəti əsasında həyata keçirilir.

MDB Dinlərarası Şurasının həmsədrləri olan Patriarx Kirillə QMİ sədri A. Paşazadənin görüşü sentyabrın 26-da Patriarxın Moskvadakı rəsmi iqamətgahında baş tutacaq.

Qeyd edək ki, səfər proqramına Sankt-Peterburq şəhərini ziyarət də daxildir.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər