30 Yanvar 2020 13:04
409
12 Punto 14 Punto 16 Punto 18 Punto

İcbari tibbi sığorta sisteminin tətbiq olunduğu ərazilərdəki böyük tibb müəssisələrində KIV-lə işləməyə məsul olan şəxslər müəyyən ediləcək.

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov deyib.

Onun sözlərinə görə, müəssisələr hər kəsin məlumat almaq hüququnu təmin etmək məqsədilə informasiya məsələləri üzrə vəzifəli şəxs təyin etməli və yaxud informasiya xidmətləri göstərən struktur bölmə yaratmalıdır:"Hər hansı iş başlayanda müəyyən gecikmələr ola bilər. Tibb müəssisələri Səhiyyə Nazirliyinin tabeliyində olarkən belə xidmət verilmirdi. Hər hansı məsul şəxs yox idi. Biz indi bu sistemi qururuq. Yaxın zamanlarda KİV nümayəndələri xəstəxanalara müraciət edəndə həmin şəxslərlə əlaqə saxlayacaqlar ".

Ş.Eyvazov əlavə ki, KİV nümayəndəsinin informasiya əldə etmək üçün tibb müəssisəsinə müəyyənləşdirilmiş xüsusi saatlarda girişi təmin ediləcək./Trend/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər