2019-cu ildə qeydə alınmış xüsusilə ağır cinayətlər 2018-ci illə müqayisədə 44,4% azalıb
Teleqraf.com xəbər verir ki, bunu bu gün Respublika Hərbi Prokurorluğunda ötən ilin yekunlarına dair keçirilən kollegiya iclasında Baş prokurorun müavini, Respublika hərbi prokuroru Xanlar Vəliyev deyib.
Xanlar Vəliyev bildirib ki, 2018-ci illə müqayisədə 2019-cu ildə qeydə alınan odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə qorxu ilə tələb etmə cinayətləri 3,7% azalıb.