Macarıstanın “Wizz air” aviaşirkəti hökumətlərarası saziş əsasında Budapeştdən Bakıya uçuşları davam etdirəcək.
Trend xəbər verir ki, bu barədə çərşənbə günü jurnalistlərə “Azərbaycan Hava Yolları” QSC-nin sədr müavini Sabir İlyasov bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycan tərəfinin nümayəndə heyəti hökumətlərarası sazişi imzalamaq üçün Budapeştdə səfərdədir: "Onlar aviareysləri yerinə yetirməkdə davam edəcəklər. Aviareyslərin yerinə yetirilməsi üçün hökumətlərarası saziş yox idi və onlar müvəqqəti protokol əsasında uçurdular, indi isə bu, hökumətlərarası saziş çərçivəsində olacaq".