31 Yanvar 2020 18:55
470
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı nümayəndəsi Quido Ambroso ilə görüşüb.

Miqrasiya Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Vüsal Hüseynov Dövlət Miqrasiya Xidməti ilə BMT QAK-ın Azərbaycandakı nümayəndəliyi arasında olan səmərəli əlaqələrə toxunub, eləcə də ölkədə mövcud sığınacaq sisteminin təkmilləşdirilməsi ilə əlaqədar mühüm işlər aparıldığını, qaçqın statusu almış şəxslərin inteqrasiyası ilə bağlı məsələlərin diqqət mərkəzində olduğunu bildirib.

BMT QAK-ın Azərbaycandakı nümayəndəsi Quido Ambroso iki qurum arasında əlaqələrin uğurla davam etdirilməsinin zəruriliyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər