31 Yanvar 2020 18:39
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Texniki Universitetində (AzTU) bir sıra departamentlər və şöbələr ləğv edilərək onların bazasında yeni şöbələr yaradılıb.

Universitetin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, “Elm və innovasiyalar” departamenti ləğv edilərək, onun bazasında “Tədqiqat və inkişaf” şöbəsi yaradılıb.

Kimya üzrə fəlsəfə doktoru Mərziyyə Ağayeva şöbənin müdiri vəzifəsinə təyin olunub. O, bundan əvvəl AzTU-nun Beynəlxalq əlaqələr departamentinin direktoru vəzifəsində çalışıb.

Beynəlxalq əlaqələr departamenti ləğv edilərək onun bazasında “Beynəlxalq əlaqələr” şöbəsi yaradılıb. Mustafa Əhmədov həmin şöbənin müdiri vəzifəsinə təyin olunub. O, bundan əvvəl Milli Məclisin Beynəlxalq münasibətlər şöbəsində böyük məsləhətçi və bir sıra universitetlərdə şöbə müdiri vəzifələrində çalışıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər