Bakı Nəqliyyat Agentliyi (BNA) kəskin respirator infeksion xəstəliklərin yayılmasına qarşı qabaqlayıcı tədbirlərə başlayıb.
Agentlikdən Teleqraf.com-a verilən məlumata görə, tədbirlər çərçivəsində “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində növbəti dəfə dezinfeksiya işləri görülüb. Perronlar, gözləmə zalları və park ərazisi xüsusi dərman məhlullarından istifadə olunmaqla dezinfeksiya edilib.
Sərnişinlərin narahatlığına səbəb olmamaq üçün işlər gecə saatlarında aparılıb.