24 Sentyabr 2014 15:40
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ilə Türkiyə Meteoroloji Xidməti arasında uzun illərdən bəri davam edən əməkdaşlıq əlaqələri daha da inkişaf etdirilir.

Teleqraf.com xəbər verir ki, Milli Hidrometeorologiya Departamenti ilə Türkiyə Meteoroloji Xidməti arasında mövcud olan ənənəvi əməkdaşlığın davamı olaraq, Departamentdə son dəfə 2010-cu ildə quraşdırılmış “TÜRKMETCAP” sisteminin daha müasir versiyası olan “METCAP+” sisteminin bu günlərdə quraşdırılmasına başlanılıb.

Hazırda istifadədə olan VSAT-Peyk məlumat mübadiləsi sistemi ilə proqnozların hazırlanmasında istifadə olunan lazımi faktiki məlumatlarla yanaşı, quraşdırılmaqda olan “METCAP+” sinoptik vizuallaşdırma və təhlil proqramının köməyi ilə çoxsaylı proqnostik xəritələr, rəqəmli modellərin nəticələri, hər 15 dəqiqədən bir yenilənən peyk məlumatları əldə olunacaq, eyni zamanda informasiya mübadiləsi həyata keçiriləcək.

Qeyd edək ki, yeni sistem quraşdırıldıqdan sonra Türkiyə mütəxəssisləri tərəfindən yerli sinoptiklər üçün bir həftəlik treninqlər təşkil olunacaq.

Hidrometeorologiya sahəsində yeni texnologiyaların, o cümlədən qeyd olunan sistemin tətbiqi ölkəmizdə hidrometeorologiya xidmətinin səviyyəsinin daha da yüksəlməsinə xidmət edəcək.

İlhamə


Müəllif:

Oxşar xəbərlər