24 Sentyabr 2014 15:55
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hərbi xidmətə çağırılan gənclər oktyabr ayından etibarən hansı hərbi hissəyə düşdüklərini SMS-lə öyrənə biləcəklər.

Bu barədə Teleqraf.com-un sorğusuna cavab olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi kapitan Nurəddin Heydərov deyib.

Onun sözlərinə görə, həqiqə hərbi xidmətə yollanan çağırışçılar artıq oktyabr ayından etibarən hansı hərbi hissəyə düşdüklərini SMS-lə öyrənə biləcəklər: "Yeni sistem artıq oktyabr ayındakı çağırış vaxtı istifadəyə veriləcək. Çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdüklərini öyrənə biləcəklər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslər istifadə edə biləcəklər”.

N.Heydərov qeyd edib ki, yeni sistemin üzərində son tamamlama işləri gedir və artıq oktyabr ayından bu sistemdən istifadə etmək olacaq: "Xidmət pulsuz olacaq".

Yalnız mobil operatorlar tərəfindən qısa mesaja görə hansısa kiçik məbləğ tutula bilər.

Bəxtiyar


Müəllif:

Oxşar xəbərlər