1 Fevral 2020 22:45
1 157
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan vətəndaşları Türkiyə vətəndaşları ilə birlikdə koronavirusun geniş yayıldığı Çin Xalq Respublikasının Uxan şəhərindən təxliyə ediliblər.

Teleqraf.com "Azərtac"a istinadla xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin təcilli tibbi yardım avadanlıqları ilə aviasiya ambulansı şəkilinə gətirilən hərbi yük təyyarəsi fevralın 1-də yerli vaxtla təxminən saat 21.00-da Ankaranın Etimesgud Hava Limanına enib.

Təxliyəni həyata keçirən 20 nəfərlik heyət də daxil olmaqla, 62 şəxsin hava limanından birbaşa Ankara şəhər xəstəxanasına daşınmasına başlanılıb. Karantində saxlanılacaq şəxslər üçün ayrı otaqlar hazırlanıb. Onlar burada saxlanıldıqları günlərdə birdəfəlik alət və avadanlıqlardan istifadə edəcəklər.

Türkiyənin Səhiyyə naziri Fahrettin Koca bildirib ki, karantində saxlanılan şəxslərdən hər üç gündən bir zəruri analizlər götürüləcək.


Müəllif: Mənbə/Report, Mənbə/Azərtac

Oxşar xəbərlər