3 Fevral 2020 14:06
1 072
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Nəqliyyat Agentliyinə (BNA) məxsus “BakuBus” MMC-nin direktoru Nəcəf Məlikov vəzifədən azad edilib.

Report xəbər verir ki, şirkətə rəhbərlik İlqar İbrahimova həvalə olunub.

“BakuBus” Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılıb, ölkə prezidentinin 6 iyul 2018-ci il tarixli fərmanı ilə BNA-nın tabeliyinə verilib.

Şirkət paytaxtda avtobuslarla beynəlxalq standartlara uyğun sərnişindaşıma xidməti göstərir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər