5 Fevral 2020 10:12
455
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində 7 nəfər var.

Səhiyyə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, xəstələr Çində təhsil alan azərbaycanlılardır.

Pekində təhsil alan 1992-ci il təvəllüdlü Azərbaycan vətəndaşı və 1993-cü il təvəllüdlü həyat yoldaşı ilə birlikdə gəlib. Heç bir şikayətləri yoxdur, hər ikisi həkimlər tərəfindən müayinə olunub.

Çinin Jinxua şəhərində təhsil alan 1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşının hərarəti normaldır, heç bir şikayəti yoxdur. Analizləri götürülüb, müayinə olunacaq.

Çinin Jinxua şəhərində təhsil alan 1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşının hərarəti normaldır heç bir şikayəti yoxdur.

Çinin Şandonq şəhərində təhsil alan 1997-ci il təvəllüdlü Azərbaycan vətəndaşının heç bir şikayəti yoxdur. Xəstələrlə kontaktı olmayıb.

Çinin Zeyiyanq şəhərində təhsil alan 1997-ci il təvəllüdlü Azərbaycan vətəndaşının (qız) hərarəti normaldır heç bir şikayəti yoxdur. Həkim müayinəsindən keçiriləcək .

Pekində təhsil alan 1994-cü il təvəllüdlü Azərbaycan vətəndaşının hərarəti normaldır. Həkimlər tərəfindən müayinə olunub hal hazırda səhhətində problem yoxdur.

Yuxarıda qeyd olunanlar ölkəyə tranzit aviareyslərlə İstanbul, Dubay və Moskva şəhərlərindən gəliblər.

Xüsusi ayrılmış tibb müəssisəsində saxlanılanların səhhətində hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onlar da evlərinə buraxılacaqlar.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər