5 Fevral 2020 13:17
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əri tərəfindən döyülərək işgəncəyə məruz qalan Əfsanə gözlənilməz qərar verib.

Teleqraf.com xəbər verir ki, Əfsanə əri Səxavəti uşaqlarının xətrinə bağışladığını deyib.

Qızın anası isə Səxavətin qızını öldürəcəyini deyib. Əfsanənin uşaqlarının əlindən alınacağını deyən anası qızından boşanmağını istəyib.

Əfsanə isə uşaqları ilə ərinin evində yaşayacağını deyib.
Xatırladaq ki, 17 yanvarda 1993-cü il təvəllüdlü İsayeva Əfsanə Cəmil qızı, 9 yaşlı qızı Nurcan, 8 yaşlı oğlu Nurlan və 1 yaşlı oğlu Sərxan İsayevin itkin düşməsilə bağlı məlumat yayılmışdı.

Sonra məlum oldu ki, 10 ildir ailəli olan gənc qadın son dəfə qırmancla döyüldükdən sonra üç azyaşlı uşağını da götürüb evdən qaçıb. Bakıya üz tutaraq Xoşqədəm Hidayətqızını axtarıb tapıb, ondan kömək istəyib.

Qadının əri Səxavət elə həmin günü həyat yoldaşının və uşaqlarının itkin düşməsilə bağlı polisə müraciət edib.

Ərinin işgəncələrindən qaçan üç uşaq anası olan 26 yaşlı Əfsanənin yaşadıqları ölkə ictimaiyyətində rezonans doğurub.

Əfsanənin həyat yoldaşı Səxavət fermada çobanlıq edir. Ailə elə həmin fermada yaşayır.//Baku.ws


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər