6 Fevral 2020 15:45
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabunçu rayon Məhkəməsi "Bakı Metropoliteni" QSC-nin pressinfo.az, araz.az saytları ilə bağlı iddia ərizəsinə baxıb.

Teleqraf.com xəbər verir ki, məhkəmə “Bakı Metropoliteni” QSC barəsində həqiqətə uyğun olmayan məlumatların yayımına görə pressinfo.az saytının baş redaktoru Əhmədova Nüşabə Bəyoğlan qızının yazılı şəkildə həmin internet saytında üzr istəməsi və rəhbərlik etdiyi saytda yerləşdirdiyi bütün materialları “Təkzib” başlığı altında yerləşdirməsinə qərar verib.

Bundan başqa araz.az saytının təsisçisi və baş redaktoru Mustafayev Hüseyn Əziz oğlunun da "Bakı Metropoliteni" QSC-dən yazılı şəkildə həmin internet saytında yerləşdirilməklə üzr istənilməsi və saytındakı həqiqətə uyğun olmayan yazını“Təkzib” başlığı altında yerləşdirilməsi qərara alınıb.

Eyni zamanda məhkəmənin qətnaməsi ilə Şixəliyev Fikrət Sərvər oğlu, Abdullayev Nazim Mədət oğlu, Əhmədova Nüşabə Bəyoğlan qızı, Rzayev Asif Mirzə oğlu və Mustafayev Hüseyn Əziz oğlundan müştərək qaydada vurulmuş mənəvi zərərin əvəzi olaraq 500 manat pul tutularaq "Bakı Metropoliteni" QSC-nin xeyrinə ödənilməsi qət edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər