6 Fevral 2020 16:10
404
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Lerik rayonunun Hücü kəndi yaxınlığında meşə materialının daşındığı barədə məlumat daxil olub.

ETSN-dən Teleqraf.com-a verilən məlumata görə, nazirliyin yerli qurumlarının əməkdaşlarının keçirdikləri reyd zamanı 5 fevral 2020-ci il tarixində gecə saat 5 radələrində QAZEL markalı 10-OS-483 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində qanunsuz yolla əldə edilmiş 2 kubmetr həcmində ağcaqayın cinsli işlik meşə materialı aşkar edilib.

Avtomobilin sahibi Samir Məmmədov barəsində akt tərtib olunub.

Hazırda faktla bağlı araşdırma aparılır.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər