6 Fevral 2020 16:30
607
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xudat Şəhər Xəstəxanasının fəaliyyətinin dayandırılması və tibb müəssisəsində çalışanların işdən azad olunması ilə bağlı bəzi sosial şəbəkə hesablarında əsassız məlumatlar yayılıb.

Bu barədə Teleqraf.com-a TƏBİB-in Mətbuat Xidmətindən məlumat verilib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bununla əlaqədar bildirir ki, agentliyinin nümayəndələrinin Xudat Şəhər Xəstəxanasının yerləşdiyi binaya baxış zamanı tibb müəssisəsinin vəziyyətinin əhaliyə xidmət baxımından qənaətbəxş olmadığı müəyyən edilib və mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində tədbirlər görülməsi barədə qərar qəbul olunub.

"Bir daha qeyd edirik ki, ölkədə icbari tibbi sığortanın tətbiqi və ilə əlaqədar tibb müəssisələrində ixtisarların aparılması nəzərdə tutulmamışdır. Əksinə, icbari tibbi sığortanın tətbiqi çərçivəsində tibb müəssisələrində xidmət keyfiyyətinin yüksəldilməsi, eləcə də tibb işçilərinin əmək haqlarına əlavələrin hesablanması qaydası təsdiqlənmişdir", - məlumatda vurğulanır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər