Teleqraf.com-un qonağı araşdırmaçı-yazar, “Çapar” jurnalının baş redaktoru Dilqəm Əhməddir.
Bu günlərdə 1 yaşı tamam olan “Çapar” jurnalı barədə məlumat verən Dilqəm Əhməd nəşrin özəlliklərinə toxunub, məşhur imzalardan, sponsorlardan danışıb.
Hazırda Türkiyədə təhsil alan yazar apardığı tədqiqatlar və üzərində çalışdığı kitablardan da söz açıb.
Cümhuriyyət dövrünün tədqiqatşısı olan Dilqəm Əhməd Türkiyədə Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin adının parka veriləcəyini də vurğulayıb.