7 Fevral 2020 09:49
371
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgə məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, fevralın 7-si üçün Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində 3 nəfər var.

Xəstəxanada olanların səhhətində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri davam edir.

Bir daha qeyd edirilir ki, bu insanlar Çinin koronavirus qeydə alınmayan şəhərlərində olublar, xəstə şəxslərlə kontaktı olmayıblar.

Xəstəlik alovlanan ərazidən gələnlər isə xüsusi ayrılmış tibb müəssisəsində saxlanılanılır. Həmin tibb müəssəsindən verilən məlumata görə, onların da səhhətində hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onlar da evlərinə buraxılacaqlar.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər