Zümrüd Qəhrəmanlının (Zümrüd Yağmur) həyat yoldaşı Fuad Qəhrəmanlıdan boşanma ilə bağlı iddia ərizəsinə baxılması üçün təyin edilmiş növbəti məhkəmə iclasının vaxtı məlum olub.
Bu barədə Teleqraf.com-a Abşeron rayon Məhkəməsindən bildirilib.
Qeyd olunub ki, növbəti proses fevralın 21-nə təyin olunub.
"Sonuncu dəfə məhkəmə iclası ötən il noyabrın 21-də keçirilib. Həmin gün hakim Elman Məmmədovun sədrliyi ilə baş tutan prosesdə tərəflərə barışmaları üçün 3 ay vaxt verilib. Onlara barışmaq üçün müəyyən müddət verilməsi səbəbindən prosesin vaxtı uzadılıb", - deyə məhkəmədən bildirilib.
Qeyd edək ki, Zümrüd Qəhrəmanlı iddia ərizəsində nikahın pozulması, alimentin təyin edilməsi və yetkinlik yaşına çatmayan uşağının ona verilməsini tələb edib.
O, iddia ərizəsini ötən il avqustun 1-də Abşeron rayon Məhkəməsinə təqdim edib.
Onu da qeyd edək ki, bu məhkəmə iddası qaldırılandan bir neçə gün sonra Fuad Qəhrəmanlı Zümrüd Yağmuru döyüb, ona işgəncə verib.
Bu günlərdə isə sosial şəbəkədə Fuad Qəhrəmanlı ilə Zümrüd Yağmur arasında yeni münaqişə barədə məlumat yayılıb.