8 Fevral 2020 10:49
362
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Twitter" sosial media platforması "Facebook" və "Messenger"in rəsmi səhifələrinin haker hücumuna məruz qaldığını açıqlayıb.

“Problemdən xəbərdar olduğumuz anda, xaker hücumuna məruz qalmış hesabları kilitlədik və "Facebook"dakı tərəfdaşlarımızla yaxın əməkdaşlıq edirik”, – "Twitter" sözçüsü Cek Osbon vurğulayıb.

O qeyd edib ki, korporativ hesablarımız qısa müddətli kiberhücuma məruz qaldı, ancaq hesablara girişi təmin etdik və geri yüklədik.

Xatırladaq ki, ötən ilin avqust ayında da "Twitter" sosial media platformasına kiberhücuma məruz qalmış və bu hücumdan təxminən 4 milyon istifadəçi zərər görmüşdü./Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər