8 Fevral 2020 16:00
514
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin keçirilməsi ilə əlaqədar ASAN Xidmət mərkəzlərində qeyri - iş günü olacaq.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Teleqraf.com-a bildirilib ki, həmin gün mərkəzlərdə yalnız şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidməti üzrə vətəndaşlara hazır sənədlərin təhvil verilməsi həyata keçiriləcək.

ASAN Kommunal mərkəzlərində isə bazar günü qeyri-iş günüdür.

Hazırda Azərbaycanda 16 ASAN Xidmət mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki və Şamaxıdadır.

Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 ASAN Kommunal mərkəzi fəaliyyətdədir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər