Hava qarlı olsa da 35 saylı Xətai III seçki dairəsinin 16 saylı seçki məntəqəsində seçkilərin başlandığı ilk 20 dəqiqə ərzində seçici aktivliyi qənaətbəxşdir. Ərazidə hamını tanıyırıq, insanları cəlb edirik ki, seçkilərdə fəal iştirak etsinlər.
Bu sözləri Teleqraf.com-a açıqlamasında məntəqə sədri Rita Vəliyeva deyib.
Onun sözlərinə görə, məntəqədə 20 nəfər müşahidəçi kimi qeydiyyatdan keçib, "Rəy" Monitorinq Mərkəzi exit-poll keçirəcək: "Artıq səsvermənin elan olunmasından 20 dəqiqə müddət keçib və 9 nəfər səs verib. Adətən, seçicilər günorta saatlarında daha fəal olurlar".
Seçici siyahısında sakinlərin adının olmaması barədə problemə gəlincə, məntəqə sədri bildirib ki, kiminsə adı seçici siyahısında olmasa belə onlar əlavə siyahıya alınır və həmin şəxslərin səsvermə hüququ bərpa olunur.
Rauf Arifoğlunun səlahiyyətli nümayəndəsi Rövşən Paşayev seçkilərin öz axarı ilə davam etdiyini deyib: "İlk 20 dəqiqədə hər şey yaxşıdır, sakitlikdir, inşallah layiq olan qazanar".