25 Sentyabr 2014 09:19
1 003
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhəri Nəsimi rayonu Bülbül prospektində yol infrastrukturunun yenidən qurulması işləri çərçivəsində ərazidən keçən su və kanalizasiya xətlərinin yenilənməsi ilə əlaqədar 25 sentyabr 2014-cü il tarixdə saat 10:00-dan etibarən Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsi 24 saat müddətində dayandırılacaqdır.

“Azərsu” ASC mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, qurum yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

NİGAR


Müəllif:

Oxşar xəbərlər