9 Fevral 2020 20:00
726
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Mətbuat xidməti Oqtay Əsədovun səhhəti ilə bağlı yayılan məlumatları təkzib edib.

Mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumatda deyilir:

"Fevralın 9-da “Turan” informasiya agentliyi xəbər verib ki, guya Milli Məclisin Sədri Oqtay Əsədov günün ikinci yarısında infarkt diaqnozu ilə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.

Milli Məclisin Mətbuat xidməti bildirir ki, bu xəbər həqiqətə uyğun deyil. Milli Məclisin Sədri Oqtay Əsədovun səhhətində hər hansı bir problem yoxdur".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər