Koronavirusa görə xəstəxanaya yerləşdirilən şəxslərin müayinəsinin nəticələri açıqlanıb.
Səhiyyə Nazirliyindən bildirilib ki, 1 saylı Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilən hər bir şəxs virusun müəyyənləşdirilməsi üçün ölkəyə gətirilən testlər vasitəsi ilə yoxlanılıb.
Qeyd olunub ki, testlərin cavabları mənfi olub, yəni həmin şəxslərdə xəstəlik aşkarlanmayıb: "Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilənlər barədə mətbuata gündəlik məlumat verilib"./Report/