12 Fevral 2020 09:45
402
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, birgə açıqlamada koronavirus şübhəsi ilə 1 saylı Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində karantində saxlanılan sonuncu şəxsin evə buraxıldığı bildirilib.

Qeyd olunub ki, xəstəlik alovlanan ərazidən gələn 12 nəfər isə xüsusi ayrılmış tibb müəssisəsində saxlanılır: "Həmin tibb müəssisəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, Çinin Uhan şəhərindən yanvarın 29-u çıxan 6 nəfərin karantin müddəti bu gün bitir. Onların klinik vəziyyətlərində heç bir problem aşkarlanmayıb. Gün ərzində evə buraxılacaqlar. Xüsusi ayrılmış tibb müəssisəsində saxlanılan digər 6 nəfərin karantin müddəti fevral ayının 14-ü bitir, onların səhhətində də hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda qalan 6 nəfər də evə buraxılacaq".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər