12 Fevral 2020 10:23
1 201
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mən hazırda səhər idmanı edirəm”.

Teleqraf.com xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, universitetin Üzvi kimya kafedrasının müdiri Abel Məhərrəmov səhhətində ciddi problem yarandığı ilə bağlı məlumatlara aydınlıq gətirərkən bildirib.

A.Məhərrəmov yazılanların yalan olduğunu vurğulayıb:

“Nəyi niyə yazırlar özləri bilərlər. Amma mən hazırda idmandayam və idmanı bitirib işə gedəcəyəm”.

Qeyd edək ki, bəzi KİV-lərdə verilən məlumata görə, A.Məhərrəmov ürək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ürəyin fraksiyası aşağı olduğundan təcili olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Bir gün reanimasiya şöbəsində həkim nəzarətində saxlanıldıqdan sonra bu gün normal palataya köçürülüb.

***

09:52

Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmovun səhhətində ciddi problem yaranıb.

Teleqraf.com oxu.az-a istinadən xəbər verir ki, Abel Məhərrəmov xəstəxanaya ürək çatışmazlığı diaqnozu ilə daxil olub. Ürəyin fraksiyası aşağı olduğundan təcili olaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Bir gün reanimasiya şöbəsində həkim nəzarətində saxlanıldıqdan sonra bu gün palataya köçürülüb.

Hazırda sabiq rektorun səhhətinin normal olduğu bildirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər