12 Fevral 2020 11:23
492
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Mərkəzi Bankı (AMB) və “Azərbaycan Dəmir Yolları” QSC dəmir yolu nəqliyyatında gediş haqqının bank kartı ilə ödənilməsi üçün layihə həyata keçirir.

Bu barədə AMB-nin baş direktoru Fərid Osmanov Bakıda keçirilən “Visa Cashless Forum”da bildirib.

Onun sözlərinə görə, layihə “Visa” beynəlxalq kart təşkilatının dəstəyi ilə reallaşdırılır.

“Düşünürəm ki, tezliklə dəmir yolu nəqliyyatında bank kartı ilə ödəniş mümkün olacaq”, - AMB rəsmisi qeyd edib./Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər