13 Fevral 2020 11:20
571
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hazırda 300-ə yaxın video var ki, tərəfimizdən araşdırılır".

Teleqraf.com axar.az-a istinadən xəbər verir ki, bunu MSK-nın katibi Mikayıl Rəhimov

Mikayıl Rəhimov deyib ki, bugün parlament seçkiləri ilə bağlı daxil olan şikayətlərə qiymət veriləcək:

“Deputatlığa namizəd olmuş şəxslər bu gün də öz şikayətlərini bizə göndərə bilərlər. Hazırda 300-ə yaxın video var ki, tərəfimizdən araşdırılır. Ümumilikdə göndərilən bütün şikayətlər araşdırılacaq və müvafiq tədbirlər görüləcək. Əgər şikayətlər öz təsdiqini taparsa, ciddi addımlar atılacaq”.

MSK-nın katibi bəzi məntəqə və dairələrin nəticəsinin ləğv ediləcəyi ilə bağlı sosial şəbəkələrdə gedən müzakirələr barədə deyib ki, indidən heç nə demək mümkün deyil.

Qeyd edək ki, bu gün MSK-nın parlament seçkiləri ilə bağlı iclası keçiriləcək. 16:00-da baş tutacaq iclasda olduqca mühüm qərarların veriləcəyi gözlənilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər