13 Fevral 2020 20:14
538
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov fevralın 13-də Brüssel şəhərində NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində təşkil edilən toplantısında iştirak edib.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə Əfqanıstandakı təhlükəsizlik və siyasi vəziyyət, əldə olunan son nailiyyətlər, missiyanın gələcəyi və bir sıra digər məsələlər müzakirə olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər