14 Fevral 2020 10:52
383
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Nəqliyyat Agentlliyi 12, 24, 32, 35, 67, 93 və 211 nömrəli müntəzəm marşrut xətləri üzrə elan etdiyi müsabiqənin şərtlərini açıqlayıb.

Teleqraf.com bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, şərtlərlə Agentliyin internet səhifəsinin müsabiqələr bölməsində tanış olmaq mümkündür.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” qanuna, Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydasına” uyğun keçiriləcək. Müsabiqədə iştirak etmək istəyənlər 24 fevral 2020-ci il, saat 17:00-a qədər Agentliyə ərizə ilə mürciət etməlidirlər.


Müəllif: Teleqraf.com