17 Fevral 2020 20:21
561
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Dövlət Gömrük Komitəsində əməliyyat müşavirəsi keçirilib.

Teleqraf.com xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevin rəhbərliyi ilə keçirilən müşavirədə Komitə sədrinin müavinləri, baş idarə və idarə rəisləri iştirak edib.

Müşavirədə Prezident İlham Əliyev tərəfindən gömrük orqanlarının qarşısında qoyulan tapşırıqlar-xidmət səviyyəsinin yüksəldilməsi, gömrük-keçid məntəqələrinin işinin günün tələbləri səviyyəsində yenidən qurulması və digər məsələlər müzakirə olunub.

Səfər Mehdiyev 2019-cu ildə gömrük işinin müasir standartlara uyğun şəkildə qurulması, ölkəmizin ixrac, tranzit və logistika imkanlarının artırılması sahəsində gömrük orqanları tərəfindən görülən işlərdən, fiskal sahədə və qaçaqmalçılığa qarşı mübarizə məqsədilə atılan addımlardan bəhs edib və bütün istiqaməbildiribləəyata keçirilən tədbirlərin effektivliyinin daha da artırılmasının vacibliyini vurğulayıb.

Səfər Mehdiyev 2020-ci ildə gömrük işinin daha da səmərəli şəkildə qurulması istiqamətində görüləcək işlərdən danışıb, kölgə iqtisadiyyatının aradan qaldırılması, şəffaflığın təmin olunması istiqamətində atılan qətiyyətli addımların cari ildə də prioritet olacağını, informasiya texnologiyalarının geniş şəkildə tətbiqi hesabına sərhədkeçmə və rəsmiləşdirilmə proseslərinin sürətləndirilməsini təmin edəcək innovativ layihələrin həyata keçiriləcəyini bildirib.

O da vurğulanıb ki, cari ildə yeni gömrük postlarının tikilib istifadəyə verilməsi və mövcud gömrük postlarının infrastrukturunun yenidən qurulması nəzərdə tutulur ki, bu da xidmət səviyyəsinin yüksəldilməsinə münbit şərait yaradacaq. Komitə sədri son vaxtlar Çin Xalq Respublikasında yayılan və dünyanın bir neçə ölkəsində müşahidə olunan koronovirus epidemiyası ilə bağlı gömrük-sərhəd buraxılış məntəqələrində həyata keçirilən profilaktik tədbirlərdən bəhs edib və bu istiqamətdə nəzarət tədbirlərinin daha da gücləndirilməsinə dair konkret tapşırıqlar verib.

Eyni zamanda, müşavirədə aidiyyəti qurumların rəhbərləri müzakirə olunan məsələlər ətrafında təklif və rəylərini bildiriblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər