18 Fevral 2020 15:03
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Çin epidemiyaya meyilli ölkədir. Bütün təhlükəli epidemiyaya meyilli infeksiyalar Ümumdünya Səhiyyə Təşkilatının prespektivinə aiddir. Belə situasuiyalarda təşkilat birbaşa bununla məşğul olur”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla Çində yayılan koronavirusa beynəlxalq qurumların və ölkələrin münasibətini şərh edərkən deyib.

O bildirib ki, digər ölkələr koronavirusa görə Çinə yardım etsələr də, ticari əlaqələr, idxal-ixrac əlaqələrində xeyli məhdudlaşdırmalar var: “Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən infeksiyanın lokallaşdırılması üçün konkret iş görülür. Çinə tibbi və digər texniki yardımlar edilir”.

Adil Qeybulla hesab edir ki, infeksiyanın tezliklə aradan qaldırılması üçün Çinin özü də maraqlı olmalı, lazım bilsə digər ölkələrə müracət etməlidir: “Çin bu gün iqtisadi baxımdan kifayət qədər güclü ölkədir. Onun hansısa maddi yardıma yox, daha çox konsultativ-texniki köməyə ehtiyacı var.

Ümumdünya Səhiyyə Təşkilatı məsələyə müdaxilə edir, artıq bununla bağlı xeyli işlər görülüb. Yaza yaxın infeksiyanın məhdudlaşması və tamamilə yoxa çıxacağı planlaşdırılır”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər