19 Fevral 2020 09:14
1 338
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xüsusən də uşaqların çox yediyi jelibonlarla bağlı Şotlandiyada baş verən olay hər kəsi şoka salıb.

Teleqraf.com xəbər verir ki, bir atanın azyaşlı qızı üçün aldığı jelibonun içindən dırnaq çıxması sosial şəbəkələrdə kəskin etirazlara səbəb olub.

Qlazqo şəhərində yaşayan Kreyq Rayan üç yaşlı qızı üçün marketdən bir paket jelibon alıb. Rayan evə qayıdanda paketdəki şirniyyatlardan birində qəribəlik görüb.

Jelibon dənəsini ortadan bölən Rayan orada insana aid bir dırnaq görəndə şok keçirib. Şirniyyat istehsalı ilə məşğul olan “Haribo” şirkətinə sosial şəbəkədən mesaj göndərən ata yazıb:

“Bəxtimiz orada gətirdi ki, qızımız yemədən gördük. Dırnaq demək olar, tamamilə içinə batmışdı. Bu, sadəcə ürəkbulandırıcı deyil, eyni zamanda təhlükəlidir. Asanlıqla udub boğula bilərdi”.

Rayanın paylaşımından sonra şirkət açıqlama verib. Bütün şikayətlərin nəzərə alındığı bildirilən açıqlamada qeyd edilib:

“Baş verənlərə görə üzr istəyirik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər