20 Fevral 2020 12:18
506
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Daxili təhlükəsizlik şöbəsinin rəisi, ədliyyə müşaviri Sahib İsmayılov vəzifəsindən azad olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə Baş prokuror Zakir Qaralov əmr imzalayıb.

Baş Prokurorun digər əmri ilə Sahib İsmayılov Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi vəzifəsinə təyin edilib.

Bundan başqa, Zakir Qaralovun əmri ilə Mütəxəssis təhlilləri şöbəsinin rəisi, baş ədliyyə müşaviri Rəşid Mahmudov tutduğu vəzifədən azad edilib. O, Daxili təhlükəsizlik şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

Baş prokurorun başqa bir əmri ilə kiçik ədliyyə müşaviri Rövşən Abdullayev isə Mütəxəssis təhlilləri şöbəsinin rəisi vəzifəsinə təyin edilib.


Müəllif: Hacı Zeynalov