1 May 2014 19:45
1 878
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) Elmi Şurasının növbəti iclası keçirilib.

Teleqraf.com-un məlumatına görə, iclasda 2013-cü ildə ADİU-da aparılan elmi-tədqiqat işlərinin yekunları, bakalavr və magistrların təcrübələrinin təşkili və universitet nəzdində “İnnovativ biznes-inkubator” layihəsinin reallaşdırılması və bir sira cari məsələlər müzakirə edilib.

İclasda həmçinin ADİU-da yeni yaradılan Daxili audit şöbəsinin vəzifə və səlahiyyətləri barədə şura üzvlərinə məlumat verilib. Müzakirələrdən sonra şöbənin əsasnaməsi təsdiq edilib.

Daxili audit şöbəsinin müdiri Fəxrəddin Sabir oğlu Behbudov təyin edilib. Universitetdən aldığımız məlumata görə, o, uzun illər Maliyyə Nazirliyində və İqtisadiyyat və Sənaye Nazirliyində çalışıb.

NİGAR


Müəllif: