Nazirlər Kabineti “Cəzaçəkmə müəssisələrində cəza çəkən narkoloji xəstə məhkumların məcburi müalicəsinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 yanvar tarixli 14 nömrəli qərarında dəyişiklik edib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, narkoloji xəstə məhkumlar “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardımla təmin ediləcəklər.