21 Fevral 2020 23:26
905
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparılan araşdırmalara görə, qış aylarının ən məşhur təamlarından olan isti şokolad yaşlanan insanları cavan saxlayır.

Teleqraf.com xəbər verir ki, onun tərkibindəki kakao ayaqlarda qan dövranını sürətləndirir.

Daimi isti şokolad içənlər daha uzun müddət piyada gəzə bilirlər. İsti və ya tünd şokoladda katehin adlı maddə var.

Tədqiqatçılar katehinin qan dövranına təsir göstərdiyini və daha uzun gəzə biləcəyini düşünürlər. İngiltərədə 60 yaşdan yuxarı insanların beşdə birində arteriya daralma problemi var. Bu da gəzinti zamanı ayaq əzələlərində ağrı, gərginlik və kramplara səbəb olur.

Periferik arteriya xəstəliyi ürək çatışmazlığı qədər pisdir. Ayaq əzələlərinə kifayət qədər qan getmir. Araşdırmalar göstərib ki, kakao əzələləri qoruyur və maddələr mübadiləsini yaxşılaşır.

Tədqiqatlarda 60 yaşdan yuxarı 44 nəfər müayinə edilib. İştirakçılar 6 ay ərzində gündə 3 dəfə bir stəkan isti şokolad içiblər. Piyada gəzinti gücü araşdırmadan əvvəl və altı ay ərzində ölçülüb.

İsti şokolad içənlər altı aylıq araşdırmanın sonunda aparılan gəzinti sınağında 42,6 metrə qədər gediblər.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər