21 Fevral 2020 18:16
462
12 Punto 14 Punto 16 Punto 18 Punto

Seçki pozuntularına yol verən, səsvermənin nəticələri etibarsız sayılan məntəqə və dairə seçki komissiyalarının üzvləri bir daha komissiya üzvü olmayacaqlar. Onlar həmin hüququ itirdilər.

Teleqraf.com xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov komissiyanın iclasında bildirib.

“Onlar daha komissiya üzvü olmayacaqlar. Bundan artıq cəzalandırma olmayacaq. O məntəqələrin və dairə seçki komissiyalarının hamısı buraxılacaq”, – deyə MSK sədri deyib.

M.Pənahovun sözlərinə görə, 2019-cu ilin dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində pozuntulara yol verən məntəqə və dairə seçki komissiyaları ona görə buraxılmayıb ki, dərhal parlament seçkiləri təyin edilib və komissiyaları yenidən formalaşdırmaq mümkün olmayıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər