23 Fevral 2020 11:14
401
12 Punto 14 Punto 16 Punto 18 Punto

Saat 09:52-də Naxçıvan stansiyasından 110 km cənub-qərbdə Türkiyə-İran sərhədində zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, zəlzələ Naxçıvan Muxtar Respublikası ərazisində 3-4 bala qədər hiss edilib.

Qeyd edilir ki, 5,8 maqnitudalı zəlzələ ocağının dərinliyi 10 kilometr olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər