26 Sentyabr 2014 08:57
804
12 Punto 14 Punto 16 Punto 18 Punto

AMEA-nın Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Kərimovun və coğrafiya üzrə fəlsəfə doktoru Vüqar Dərgahovun həmmüəllifləri olduqları “Azərbaycanda və onun regionlarında turizm sənayesinin investisiya imkanları” sərlövhəli məqalə Böyük Britaniyanın “Elm və texnologiyanın Avropa beynəlxalq jurnalı” nda dərc olunub.

İnstitutdan verilən məlumatda bildirilir ki, məqalədə Azərbaycanın və onun müxtəlif regionlarının turizm sahəsinə investisiya qoyuluşu, bu sahədə müşahidə olunan tendensiyalar, turizm sahəsində yerli sahibkarlıq subyektlərinin fəaliyyətinə maliyyə dəstəyi, ölkə turizminin inkişafında xarici şirkətlərin rolu, turizmdə investisiya fəaliyyəti ilə bağlı qarşıya çıxan problemlər və onların aradan qaldırılması imkanları araşdırılır.

AzərTAc


Müəllif:

Oxşar xəbərlər