24 Fevral 2020 12:39
327
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xətai rayonu Rahib Məmmədov və General Şıxlinski küçələrində ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

ETSN-dən Teleqraf.com-a verilən məlumata görə, sözügedən əraziyə keçirilən baxış zamanı sakinlər tərəfindən qanunsuz zəbt edilərək primitiv üsulla metal torlarla hasarlanmış bağ sahələrinin ətrafındakı metal torların Bakı Şəhər və Xətai Rayon İcra Hakimiyyətləri tərəfindən söküldüyü məlum olub.

Ərazidə ağac kəsintisi faktı aşkar edilməyib.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər