24 Fevral 2020 13:12
10 579
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda koronavirus yoxdur, ciddi narahatlıq üçün əsas görmürəm. Amma hansısa ölkələrdə varsa, insanlara həmin yerlərə getməmək tövsiyə olunur.

Bu sözləri Teleqraf.com-a açıqlamasında “Məşədi Dadaş” məscidinin imamı, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli deyib.

Onun sözlərinə görə, panikaya ehtiyac yoxdur, təşviş insanı təhlükədən qorumur:

“İnsan, əlbəttə, özünü qorumalıdır, canını qoruması Allah qarşısında da bir məsuliyyətdir. Ona görə də hər kəsə tövsiyə olunmalıdır ki, maksimum özlərini bu virusdan qorusunlar”.

Hacı Şahin Həsənli hesab edir ki, İranda olan ziyarətgahları indiki zamanda ziyarət etmək dini vəzifə deyil:

“Həcc ziyarəti ildə bir dəfə müsəlmanlara vacib buyurulur, digər ziyarətgahlara isə istənilən vaxt gedə bilərlər. İnsanın xəstəliyə yoluxacağı təhlükəsi varsa, tövsiyə olunur ki, bir müddət bu kimi səfərlərdən çəkinsin, digər vaxtlarda o ziyarətləri həyata keçirmək olar. Çünki insanın özünü təhlükədən qoruması ağlın tələbi, məntiqin nəticəsidir”.

O, hər il Azərbaycandan İran və ya Səudiyyə Ərəbistanına ziyarət məqsədilə səfər edənlərin sayı barədə konkret siyahının olmadığını da vurğulayıb:

“Məsələn, İrana gedən insanların neçə faizinin ziyarət məqsədilə getdiyinə dair statistika aparılmır. Bəzi hallarda insanlar fərdi qaydada özləri ziyarətə gedir, bəlkə də qrup halında gedənlərin sayını təxmini müəyyənləşdirmək olar, amma məndə bu barədə heç bir məlumat yoxdur”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər