24 Fevral 2020 15:57
1 393
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgə məlumatı:

Fevralın 24-ü Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə 2 nəfər yerləşdirilib.

Teleqraf.com xəbər verir ki, onlar 1995 və 1998-ci il təvəllüdlü İran və Azərbaycan vətəndaşlarıdır.

Xəstəxanaya yerləşdirilənlər İranın xəstəlik alovlanmayan ərazisindən gəliblər. Xəstə insanlarla heç bir kontaktları olmayıb. Ölkə ərazisinə daxil olan zaman hərarətləri normadan biraz yüksək olub. Yolxucu xəstəliklər şöbəsindən verilən məlumata görə hal hazırda hər iki şəxsin bədənini hərarəti normaya uyğundur. Səhhətlərində problem yoxdur. Həkim müşahidələri davam edir.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər