24 Fevral 2020 19:10
837
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Koronavirus kəskin resperator xəstəlikdir. Qrip simptonlarına malikdir. Hava-damcı, təmas yolu ilə yoluxulur”.

Bunu Teleqraf.com-a açıqlamasında infeksionist-hepatoloq Mərdan Əliyev deyib.

Onun sözlərinə görə, özünü qorumaq üçün ilk növbədə virus yayılan ərazilərdən, ölkələrdən uzaq olmaq lazımdır: “Bu xəstəliyə yoluxma ehtimalı olanlarla təmasdan qaçılmalıdır. Vaxtaşırı əlləri yumaq vacibdir. Daimi qapalı şəraitdə oturmaq olmaz. Otağın havasını tez-tez dəyişmək gərəkfir. Qapalı məkanlarda yoluxma ehtimalı daha çox olur. İnfeksiya hava-damcı yolu ilə yayıldığı üçün qapalı mühitdə bu daha risklidir.

Açıq havada gəzmək tövsiyə edilir, havada virusa yoluxma ehtimalı azalır. Həm yoluxan, həm də qorunan şəxslərin maskalardan istifadə etməsi lazımdır”.

İnfeksionistin fikrincə, ölkəmizdə virusun yayılma təhlükəsi yoxdur: “Virusun son yayıldığı ölkə olan İranla da təmasımız məhdudlaşıb. İdxal-ixrac əlaqələri olmadığı üçün qorxusu yoxdur. Buna görə də, düşünmürəm ki, ölkəmizdə koronovirus yayılsın”.

Mərdan Əliyev bildirib ki, yaxın aylarda epidemiyaya qarşı peyvəndin hazırlanacağı gözlənilir: “Hələ ki vaksin yoxdur. Nəzərə alaq ki, havalar istiləşir, virusun yayılma ehtimalı da azalır. Bircə mart ayı qalır, qeyd etdiyim qaydalara riayət etsək, yoluxma ehtimalı olmayacaq”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər