MSK-da baxılan növbəti müraciət 93 saylı Bərdə şəhər seçki dairəsi üzrə namizəd Ərəstun Baxşəliyevin şikayəti olub.
Teleqraf.com-un məlumatına görə, MSK üzvü Tofiq Hsənov bildirib ki, Ə.Baxşəliyevin şikayətində göstərilən xüsusatlar öz təsdiqini tapmayıb:
“Biz, araşdırmamızı davam etdirmişik. Şikayətdə əksini tapan məqamlar təsdiqini tapmadığı üçün əsassız sayılmalıdır".
İclasda iştirak edən Ə.Baxəliyev şikayətinin düzgün araşdırılmadığını bildirib.
MSK müzakirədən sonra şikayətin əsassız sayılması ilə bağlı qərar qəbul edib.