26 Fevral 2020 14:22
5 412
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir qrup azərbaycanlı İrəvanda çəkiliş aparıb.

Axar.az xəbər verir ki, sosialı şəbəkələrdə yayılan görüntülərdə Ermənistan paytaxtının zəif işıqlandırılması, dağılmaq təhlükəsi altında olan yaşayış binaları əksini tapıb.

“Biz indi qədim Azərbaycan şəhəri olan İrəvandayıq. Uşaqlar, sevimli Bakımızdan fərqli olaraq, sizdə zəif işıqlandırılma var. Erməni xüsusi xidmət orqanları, nədənsə, çox pis işləyirsiz. Bu kimdir? (qarşıdakı heykəli göstərir - red) Hətta işıqlandırmırlar ki, bunun kim olduğunu bilək”, - videoda qeyd olunub.

Qeyd edək ki, çəkiliş aparanlar üçüncü ölkənin vətəndaşı olan azərbaycanlılardır. Videonun sosial şəbəkələrdə məşhurluq qazanmasından sonra ermənilər təşvişə düşüb. Hətta çəkilişin müəllifini Azərbaycan xüsusi xidmət orqanlarının casusu olmaqda ittiham ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər